Bu ilin 6 ayında peşə hazırlığı kurslarına 6113 şəxs cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-iyun aylarında 6113 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. 

Onlardan 3518 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Naxçıvan Peşə Hazırlığı Mərkəzlərində, 2595 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub. 

Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunub. 

Hazırlıq kurslarını uğurla bitirən müdavimlərdən 2311 nəfəri müvafiq sahələr üzrə işlə təmin olunub.

Sosial şəbəkələrdə də bizi izləyin: